Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Sülh Şurasına üzv ölkələr fevralın 19-da keçiriləcək ilk iclasında Qəzza sektorunun bərpası üçün 5 milyard dollardan çox vəsait ayıracaqlarını açıqlayacaqlar.
Bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social”da açıqlayıb.
"19 fevral 2026-cı il tarixində mən yenidən Vaşinqtonda Donald J. Trump Sülh İnstitutunda Sülh Şurasının üzvləri ilə bir araya gələcəm. Orada elan edəcəyik ki, üzv dövlətlər Qəzzada humanitar yardım və yenidənqurma səyləri üçün 5 milyard ABŞ dollarından çox vəsait ayırmağı öhdələrinə götürüblər", - deyə Tramp qeyd edib.