5 milyon azarkeş Sançodan Beşiktaş a keçməsini xahiş edib

13.08.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Mançester Yunayted"in vingeri Ceydon Sanço "Beşiktaş"a keçə bilər.

Oxu.Az xəbər verir ki, Türkiyə klubunun azarkeşləri futbolçunun sosial şəbəkə səhifəsinə 5 milyona yaxın şərh yazaraq onu "qartallar"la müqavilə bağlamağa çağırıblar.

Daha əvvəl "Beşiktaş"ın prezidenti Serdar Adalı Sanço ilə əməkdaşlığa ümid etdiyini bildirib.

Qeyd edək ki, hazırda "ağ-qaralar"ın baş məşqçisi Sanço ilə "Mançester Yunayted"də birlikdə çalışmış Ole Qunnar Sulşerdir.

Ötən mövsüm Sanço icarə əsasında "Çelsi"də çıxış edib. O, bütün yarışlarda 42 oyun keçirib, 5 qol vurub və 10 məhsuldar ötürmə verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью