5 min abonentin qazı KƏSİLƏCƏK

10.12.2024

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cəlilabad rayonunda 5 minə yaxın abonentin qaz təchizatında fasilə olacaq.

Modern.az xəbər verir ki, sabah saat 09:00 radələrindən görüləcək işlər başa çatanadək Cəlilabad şəhəri üzrə 4 800 abonentin (Heydər Əliyev prospekti, Babək, Şəhriyar, S.Axundov, N.Nərimanov, Ş.Qurbanov, A.Azərtürk və Cavadxan küçələri) mavi yanacaqla təchizatında fasilə yaranacaq.

Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью