Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
10 il əvvəl okean dibinə yerləşdirilən 5 min köhnə unitaz parçası canlıları üçün yaşayış məkanına çevrilib.
“Yeni Sabah” xəbər verir ki, Nyu-York məktəblərindən çıxarılan unitazlar süni riflərin yaradılması üçün istifadə olunub.
Layihə çərçivəsində əşyalar toplanaraq təmizlənib, daha sonra kiçik parçalara bölünüb. Çini parçaları istiridyə və dəniz darağı qabıqları ilə birləşdirilərək Yamayka körfəzinin dibində dörd süni rif yaradılıb. İnternet mağaza
Süni riflərin yaradılması ilə yanaşı, əraziyə çoxalma qabiliyyəti olan 50 min yetkin istiridyə də buraxılıb. Layihənin əsas məqsədi həmin istiridyələrin buraxdığı sürfələrin çini parçalarından hazırlanmış süni riflərə yapışaraq böyüməsi və zamanla yeni istiridyə koloniyalarının yaranması olub.
Beləliklə, tullantı hesab edilən köhnə unitazlar dəniz canlılarının çoxalmasına və yeni yaşayış mühitinin yaranmasına xidmət edən vasitəyə çevrilib.