5 minə yaxın abonentin qazı kəsiləcək

10.12.2024

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cəlilabad rayonunda 5 minə yaxın abonentin qaz təchizatında fasilə olacaq.

Xalqcebhesi.az-ın Report-a istinadən məlumatına görə, sabah saat 09:00 radələrindən görüləcək işlər başa çatanadək Cəlilabad şəhəri üzrə 4 800 abonentin (Heydər Əliyev prospekti, Babək, Şəhriyar, S.Axundov, N.Nərimanov, Ş.Qurbanov, A.Azərtürk və Cavadxan küçələri) mavi yanacaqla təchizatında fasilə yaranacaq.

Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью