5 müğənninin cəsədi meşədə tapıldı

31.05.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Meksikada itkin düşən “Grupo Fugitovo” musiqi qrupunun 5 üzvünin cəsədi meşədə tapılıb.

Axar.az xəbər verir ki, qrupun üzvləri 25 mayda itkin düşmüşdü.

Məlumata görə, meşədə meyitləri tapılan musiqiçilərin şiddətli şəkildə döyülərək yandırıldığı müəyyən edilib. Onların narkotik kartelinin qatilləri tərəfindən öldürüldüyü iddia edilir.

Hadisə ilə bağlı “Cartel del Golfo”nun “Los Metros” qrupunun üzvü olduğu güman edilən 9 nəfər saxlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью