5 nəfərin öldüyü partlayışla bağlı rəsmi məlumat Yenilənib

31.01.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayışın baş verməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.
“Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır”, - məlumatda deyilir.
***12:45
Bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə əl qumbarası partlayıb.
Yeniavaz.com
Tns.az-a istinadla xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir.
Məlumatı hüquq-mühafizə orqanları təsdiqləyib.
Qeyd olunub ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə qəsəbə sakini Knyaz Məmmədova məxsus evdə baş verib.
“Hadisə nəticəsində ev sahibi ilə yanaşı oğlu, 2 nəvəsi və gəlini həyatını itirib. Qumbaranın K.Məmmədovun nəvəsi tərəfindən zibillikdən tapılaraq evə gətirilməsi iddia edilib”, - məlumatda deyilir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью