5 qol vuruldu, “Səbail” uduzdu

26.06.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Səbail” bu gün ilk yoxlama oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, Şahin Diniyevin rəhbərlik etdiyi komanda Türkiyə I Liqa təmsilçisi “Ərzurumspor”la üz-üzə gəlib. Matç rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, iyulun 13-də Superliqa klubu “Hatayspor”la qarşılaşacaq “dənizçilər”in sonuncu rəqibi hələlik bəlli deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью