5 qurumun əməkdaşlarının maaşı artırılır RƏSMİ

27.01.2025

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyev hüquq-mühafizə orqanlarının maaşlarının artırılması barədə fərmanlar imzalayıb.

Modern.az xəbər verir ki, fərmanlara əsasən aşağıdakı şəxslərin maaşları orta hesabla 10 faiz artırılacaq:

- Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçuları

- Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin həqiqi hərbi xidmət hərbi qulluqçuları

- Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçuları

- Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşları

- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşları

Fərman bu il yanvarın 1-dən tətbiq edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью