5 saat işıq OLMAYACAQ

02.03.2026

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Redaktor.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində güc artımı və yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 11:00-dan 16:00-dək Biləcəri qəsəbəsi Xudadat bəy Məlik-Aslanov küçəsi, eləcə də Araz küçəsinin 1, 2, 3, 4, 5-ci döngələri və yeni yaşayış massivində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью