5 turun “ən”ləri

17.09.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Misli Premyer Liqasında 5 tur geridə qalıb.

Futbolpress.az-ın məlumatına görə, ən çox qol buraxan komanda “Araz-Naxçıvan”dır. Cavid Hüseynovun rəhbərlik etdiyi kollektiv 5 matçda qapısında 11 top görüb. Mövsümdə qələbəsi olmayan naxçıvanlılar 4 dəfə fərqlənib.

Bu göstəricidə ikinci sırada “Şəfa” qərarlaşıb. Ötən turda “Sabah”a 0:3 hesabıyla uduzan bakılılar 5 görüşdə ümumilikdə 10 qol buraxıb. Komanda iki dəfə isə rəqib torunu silkələyib.

“Üçlüy”ü “İmişli” tamamlayır. “Pələnglər” 5 matçda 8 qol buraxıb və 3-nü vurub.

Çempionatda ən az qol vuran kollektivlər “Qəbələ” və “Şəfa”dır. Hər iki komandanın aktivində 2 qol var.

Misli Premyer Liqasında bu mövsüm ən çox qol vuran isə “Neftçi”dir. Yuri Vernidubun rəhbərliyi altında uğurlu startla diqqət çəkən “ağ-qaralar” 5 matçda 15 qola imza atıb. Çempionatın bombardiri də məhz bakılıların hücumçusu Breno Almeydadır. Onun aktivində isə 6 qol var.

Liqada yeganə qol buraxmayan son çempion “Sabah”dır. Valdas Dambrauskasın yetirmələri 4 matçdan sonra 11 qol vurub və qapısını toxunulmaz saxlamağı bacarıb.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью