5 ulduzlu oteldə YANĞIN

04.04.2025

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Marmaris-İçmələr yolunda səhər saatlarında 5 ulduzlu otelin qazanxanasında naməlum səbəbdən yanğın baş verib.

News24.az xəbər verir ki, yanğının otel otaqlarına sıçradığını görən işçilərin xəbəri üzərinə bölgəyə çoxlu yanğınsöndürmə və meşəçilik qrupları, eləcə də təcili yardım maşınları göndərilib.

Ehtiyat tədbiri olaraq otelin boşaldıldığı öyrənilib.

Günel Məlikzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью