Icma.az bildirir, Modern.az saytına əsaslanaraq. Beyləqanda 5 yaşlı Dəniz Tahirli valideyninə məxsus olan dərmanları udduğu üçün zəhərlənərə
Modern.az “ATV”yə istinadən xəbər verir ki, hadisə gecə saatlarında, azyaşlı nəzarətsiz olan zaman baş verib.
Belə ki, 5 yaşlı Dəniz nənəsinin dərmanlarını udaraq zəhərlənib.
Azyaşlının qohumunun sözlərinə görə, hadisədən 15-20 dəqiqə sonra valideynləri Dənizin zəhərləndiyini bilib: “Bilmədən nənəsinin şəkər dərmanlarını yeyib.
Evin kiçik uşağı valideynlərinə deyib ki, bacısı dərman yeyib. Valideynləri onu dərhal xəstəxanaya aparıblar.
Yarım saatdan sonra isə uşaq dünyasını dəyişib”. TƏBİB-dən verilən məlumata görə, 2020-ci il təvəllüdlü azyaşlıya dərman zəhərlənməsi diaqno
Təəssüf ki, həkimlərin səylərinə baxmayaraq uşağın ölüm faktı qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.