5 yaşlı qızın qətli iğtişaşlara səbəb oldu Bu ölkədə

01.05.2026

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avstraliyanın Alis Sprinqs şəhərində 5 yaşlı qızın öldürülməsi yüzlərlə etirazçının polisə qarşı toqquşmasına səbəb olub.

Ölkə.Az xəbər verir ki, bu barədə "ABC" telekanalı məlumat yayıb.

Məlumata görə, yerli icmaya mənsub olan qız şənbə günü itkin düşüb, onun meyiti isə cümə axşamı tapılıb. Elə həmin gün qətldə şübhəli bilinən şəxs saxlanılıb. O, yerli sakinlər tərəfindən döyüldüyü üçün xəstəxanaya yerləşdirilib.

Şəhər xəstəxanasının ətrafına təxminən 400 qəzəbli insan toplaşaraq şübhəliyə çatmağa və onun cəzalandırılmasını tələb edib.

Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Buna cavab olaraq etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar atıblar. Nəticədə bir neçə patrul avtomobili zədələnib, iki polis əməkdaşı və iki tibb işçisi yaralanıb.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью