Lent az saytına istinadən Icma.az xəbər verir.
Rusiyanın Voloqda şəhərində 5 yaşlı qızın ölümündə şübhəli bilinən 38 yaşlı atasının barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, istintaqın məlumatına görə, valideynlər uzun müddət azyaşlı qızlarını qəsdən ac saxlayıblar. Nəticədə uşağın orqanizmi həddindən artıq zəifləyib və o, həyatını itirib.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin köməksiz vəziyyətdə olan azyaşlının qəsdən öldürülməsi maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmənin qərarı daha sonra açıqlanacaq. Ölən qızın anasının barəsində də həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılacaq.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, ailədəki digər 9 azyaşlı uşaq valideynlərindən alınaraq tibbi nəzarətə götürülüb. Müayinələrin nəticələrinə əsasən, onların bundan sonra harada yerləşdiriləcəyi müəyyənləşdiriləcək.