5 yaşlı uşaq 5 ci mərtəbədən yıxıldı Vəziyyəti ağırdır | Icma.az
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Naxçıvanda 5 yaşlı uşaq binanın 5-ci mərtəbədən yıxılıb.
Lent.az APA-nya istinadən xəbər verir ki, ehtiyatsızlıqdan Naxçıvan şəhər sakini, 2020-ci il təvəllüdlü Heydərov Çinar Əmrəddin oğlu yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılıb.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Ç. Heydərov ağır dərəcəli kəllə-beyin travması alıb.
O, bu gün axşam saatlarında Bakıda yerləşən klinikaların birinə aparılıb, vəziyyəti ağır olaraq qalır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu