5 yaşlı uşaq leopardın qurbanı oldu

04.06.2025

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hindistanda 5 yaşlı uşaq leopardın hücumuna məruz qalıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Maharaştra ştatının Dindori-Şivar kəndində baş verib.

Tarlada babası ilə gəzişən uşağa qəfildən vəhşi pişik hücum edib və meşəlik əraziyə aparmağa çalışıb. Babasının hay-küy salmasından sonra leopard 300 metr aralıda uşağı ataraq qaçıb. Ağır dişlək yaraları alan körpə xəstəxanaya aparılarkən yolda qanaxmadan keçinib. 

Qeyd edək ki, Hindistanda insanlara pələng və leopard hücumu sanki adi hala çevrilib. Ötən ay Tadoba-Andhari qoruğu yaxınlığında 2 həftə ərzində 9 nəfər pələnglər tərəfindən öldürülüb.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью