5 zəhərli göbələk Onları necə seçmək olar?

01.07.2026

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Meşədə bitən bütün göbələklər təhlükəsiz deyil. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi zəhərli göbələklər cəmi bir neçə tikəsi ilə ölümcül zəhərlənməyə səbəb ola bilər. Onların tərkibində qaraciyər və böyrəkləri məhv edən güclü toksinlər var və əksər hallarda vaxtında tibbi müdaxilə edilməzsə, nəticə faciəvi olur.

Ən təhlükəli göbələklər hansılardır?

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər ən zəhərli göbələyi solğun amanita (ölüm papağı) hesab edirlər.

Onun cəmi 30 qramı yetkin bir insanın həyatına son qoya bilər.

İkinci yerdə ağ milçək göbələyi (yaz amanitası) qərarlaşır. Xarici görünüşünə görə şampinyona bənzədiyi üçün tez-tez səhv salınır, lakin son dərəcə zəhərlidir.

Üçüncü sırada xlor qoxusunu xatırladan kəskin iyi ilə seçilən iyli amanita yer alır.

Dördüncü ən təhlükəli növ isə kötüklərin üzərində bitən kiçik qəhvəyi rəngli haşiyəli qalerinadır.

Beşinci yerdə ən gözəl hörümçək toru göbələyi (Cortinarius rubellus) gəlir. Bu göbələyin zəhəri yavaş təsir göstərir və simptomlar bəzən iki həftədən sonra üzə çıxır. Bu müddətdə böyrəklərdə ciddi zədələnmə baş verir.

Bu göbələklər niyə bu qədər təhlükəlidir?

Sadalanan göbələklərin əksəriyyətinin tərkibində qaraciyər və böyrəkləri məhv edən güclü toksinlər – amatoksinlər mövcuddur. Zəhərlənmənin ilk əlamətləri adətən göbələk qəbulundan 6–24 saat sonra başlayır.

Güclü qusma, ishal və qarın ağrılarından sonra xəstə özünü sanki yaxşı hiss etməyə başlayır. Lakin bu, aldadıcı mərhələdir. Bir neçə gün ərzində daxili orqanlarda ağır zədələnmə inkişaf edir və vaxtında müalicə aparılmazsa, ölüm baş verə bilər.

Mütəxəssislər bildirirlər ki, bu zəhərlərə qarşı xüsusi antidot yoxdur. Ağır hallarda yeganə çıxış yolu qaraciyər transplantasiyası ola bilər.

Solğun amanitanı necə tanımaq olar?

Bu göbələyin papağının alt hissəsindəki lövhəciklər ağ rəngdə olur. Saplağın dibində nəzərəçarpan qalınlaşma və üzükvari halqa yerləşir. Şampinyonlarda isə lövhəciklər çəhrayı və ya bənövşəyi çalarda olur. Buna baxmayaraq, görünüşə əsaslanaraq qərar vermək təhlükəlidir.

Göbələk yığarkən bunları unutmayın

Göbələyin bişirilməsi və ya qaynadılması onun zəhərini məhv etmir. Solğun amanitanın dadı da bişirildikdə dəyişmir. Həmçinin göbələyin qurdlu olması onun təhlükəsiz olduğu anlamına gəlmir. Qurdlar zəhərli göbələklərdə də yaşaya bilir.

Əgər topladığınız göbələyin növünə tam əmin deyilsinizsə, onu istifadə etməyin. Mütəxəssislər yalnız etibarlı mənbələrdən alınan və ya təcrübəli göbələk yığan şəxslərin müəyyən etdiyi göbələklərin istehlakını tövsiyə edirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью