Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
1972-1976-cı illərdə Xankəndi Pedaqoji İnstitutunda təhsil alan məzunlar 50 illik yubileyləri münasibətilə doğma şəhərdə bir araya gəliblər.
“Qafqazinfo” xəbər verir ki, onların Xankəndidə ilk ünvanı illər əvvəl tələbə həyatı yaşadıqları ali təhsil ocağı, keçmiş Xankəndi Pedaqoji İnstitutu, indiki Qarabağ Universiteti olub.
Qarabağ Universiteti isə onların yaddaşında bir bina yox, ömrün ən gözəl çağlarının adı olaraq qalıb. 50 il sonra Xankəndidə keçirilən bu görüş keçmişlə bu günün, xatirələrlə Zəfərin qovuşduğu bir günə çevrilib. Bir vaxtlar bu şəhərdə tələbə həyatı yaşayan məzunlar indi Xankəndinin yenidən qurulan, inkişaf edən və gələcəyə inamla addımlayan simasına şahidlik edirlər.
Daha ətraflı “Xəzər TV”nin süjetində: