50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28.11.2026

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Müğənni və bəstəkar Mustafa Keser həyat yodaşı Nilüfer Keseri son mənzilə yola salıb.

BAKU.WS xəbər verir ki, onun İstanbuldakı Hasdal Çamlıvadi məscidində vida mərasimi keçirilib.

Mərasimdə dərin sarsıntı keçirən Mustafa Keserin ayaq üstə çətinliklə dayandığı müşahidə olunub.

Keser ömür gün yoldaşının vəfatının onun üçün çox ağır olduğunu vurğulayıb:

"50 illik dostumu itirdim. Bunu sözlə ifadə etmək mümkün deyil. 48 ildir evli idik, nişanlılıq dövrünü də əlavə etsək, 50 il edir. Yarım əsr, bütöv bir ömrü birgə yaşadıq və gözəl günlər gördük. Sıranı pozdu, məndən əvvəl getməməli idi. Belə danışmamışdıq. Haqqımız halal olsun. Halallaşa bilmədik".

Qeyd edək ki, bir müddətdir xərçəng xəstəliyindən müalicə alan Nilüfer Keser noyabrın 26-da xəstəxanada dünyasını dəyişib. Həyat yoldaşının vəfatını sosial şəbəkə hesabında bölüşən məşhur sənətçi Mustafa Keser bu sözlərlə kədərini ifadə edib: "48 illik həyat yoldaşım, əziz həyat yoldaşım bu gün Haqqın rəhmətinə qovuşdu".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью