50 illik seriya bitdi Almaniya penaltilərdə uduzdu

30.06.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Almaniya millisi dünya və Avropa çempionatlarında 50 ildən sonra ilk dəfə penaltilər seriyasında məğlub olub.

Apasport.az xəbər verir ki, DÇ-2026-nın 1/16 finalında Paraqvaya uduzan bundestim uzun illər davam edən seriyanı qoruya bilməyib.

Almaniya sonuncu dəfə böyük turnirdə penaltilər seriyasında 1976-cı il Avropa çempionatının finalında Çexoslovakiyaya 3:5 hesabı ilə məğlub olmuşdu.

Bundan sonra komanda ardıcıl yeddi penalti seriyasının hamısından qalib ayrılmışdı.

Almaniyanın böyük turnirlərdə penaltilər seriyası belədir:

AÇ-1976: Çexoslovakiya - Almaniya 5:3
DÇ-1982: Almaniya - Fransa 5:4
DÇ-1986: Almaniya - Meksika 4:1
DÇ-1990: Almaniya - İngiltərə 4:3
AÇ-1996: Almaniya - İngiltərə 6:5
DÇ-2006: Almaniya - Argentina 4:2
AÇ-2016: Almaniya - İtaliya 6:5
DÇ-2026: Paraqvay - Almaniya 1:0

Qeyd edək ki, Almaniya Paraqvaya penaltilər seriyasında 3:4 uduzaraq DÇ-2026 ilə 1/16 final mərhələsində vidalaşıb.

Seneqal tarix yazdı - Bunu edən ilk Afrika komandası oldu Dembelenin het-triki tarixə düşdü - 69 ildə 2-ci 24 illik həsrət sona çatdı - Türkiyənin DÇ-dəki ilk qolu Sane tarixə düşdü - Almaniyanın ən erkən ikinci qolu Bosniya millisində tarixi qol - Alaybeqoviç rekord qırdı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью