50 manata şaftalı? Paytaxt bazarlarında əl yandıran qiymətlər VİDEO

01.05.2025

Dogru.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paytaxt bazarlarında bəzi meyvə və tərəvəzlərin qiymətində ötən illə müqayisədə kəskin artım müşahidə olunur.

ATV kanalı məlumat verir ki, növündən asılı olaraq pomidorun qiyməti 3 manatdan 20 manatadək, xiyarın qiyməti isə 1 manat 50 qəpikdən 4 manatadək təklif olunur.

Hazırda bazarda yerli şaftalının bir kiloqramı 50 manatdır.

Satıcılar isə bildiriblər ki, qiymətlər əsasən məhsulun sortuna görə dəyişir.

İqtisadçı-ekspertlər hesab edirlər ki, tərəvəzlərin bahalaşmasına səbəb ötən ilə nisbətən istehsalçıların xərclərinin artmasıdır.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью