50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR | Icma.az
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İstanbul Təhlükəsizlik İdarəsinin Qaçaqmalçılıqla Mübarizə Şöbəsinin əməkdaşları qanunsuz yolla Türkiyəyə gətirilməsi nəzərdə tutulan 16 kiloqram qızılı ələ keçirib.
İki özəl mühafizə əməkdaşı özünü vəkil kimi təqdim edən qaçaqmalçı ilə əlbir olublar.
Onlar 1 kiloqram qızılın Türkiyəyə qaçaqmalçılıq yolu ilə keçirilməsinə köməklik göstərdikləri üçün min dollar alıblar.
İki nəfər qaçaqmalçılıq yolu ilə gətirdikləri qızılları paltarlarının arasında gizlədiblər və bədənlərinə bükərək İstanbul Hava Limanı qarşısında gözləyən özlərini ailə üzvləri kimi göstərən kuryerlərə veriblər.
Məlum olub ki, təxmini dəyəri 3 milyon lirə (təxminən 147 min 600 manat) olan qızıl sonradan azərbaycanlı iş adamına satılıb.
Qaçaqmalçıların yenidən Türkiyəyə qaçaqmalçılıq yolu ilə qızıl gətirəcəkləri müəyyənləşib.
Qaçaqmalçılıqda Mübarizə Şöbəsinin polisləri əməliyyat üçün hərəkətə keçiblər.
Tam oxu
Xəbəri oxu