50 minlik təmir nəzərə alınmır: Evlərə eyni kompensasiya verilir

12.05.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Bir evin təmirinə 50 min manat xərc çəkilib, digəri isə təmirsizdir. Ancaq plana düşən zaman həmin evlərin kvadratına eyni məbləğdə kompensasiya hesablanır.

Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, əmlak eksperti Elnur Azadovun sözlərinə görə, təmirli və təmirsiz mənzil məsələsi MTK-larla sakinlər arasında çox vaxt problemə çevrilir.

Ekspertin sözlərinə görə, ölkədə 80-dən çox qiymətləndirmə şirkəti və qiymətləndirmə haqqında qanunlar var. Məhz bu cür hallarda proses qanunla tənzimlənməli, qiymətləndirmə şirkətləri məsələyə cəlb olunmalıdırlar.

Qeyd edək ki, sakinlər və MTK arasında bununla bağlı yaranan narazılıq bəzi hallarda hətta məhkəmələrə qədər uzanır.

Ətraflı süjetdə:

50 minlik təmir nəzərə alınmır: Evlərə eyni kompensasiya verilir

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью