50 yaşdan sonra valideyn olan dünya ulduzları SİYAHI

28.10.2026

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünyaca məşhur bir sıra sənətçilər 50 yaşdan sonra valideyn olublar. Onların arasında Naomi Kempbell, Canet Cekson, Corc Kluni və digər tanınmış simalar var. 

Lent.az xarici mediaya istinadən 50 yaşdan sonra valideyn olan məşhurları təqdim edir.

Naomi Kempbell

Dünyaca məşhur model Naomi Kempbell ilk dəfə 51 yaşında ana olub. Onun qızı 2021-ci ildə, oğlu isə 2023-cü ildə, modelin 53 yaşı olarkən dünyaya gəlib. Hər iki uşaq surroqat ana vasitəsilə doğulub.

Kempbell övladlarının şəxsi həyatını ictimaiyyətdən uzaq saxlamağa çalışır. O, ana olduqdan sonra həyatının əsas prioritetinin uşaqları olduğunu bildirib.

Canet Cekson

Məşhur amerikalı müğənni Canet Cekson 2017-ci ilin yanvarında, 50 yaşında ilk övladını dünyaya gətirib. Onun Eysa adlı oğlu doğulub.

Müğənninin nümayəndəsi həmin vaxt doğuşun fəsadsız keçdiyini açıqlayıb. Bir neçə ay sonra Cekson həyat yoldaşından ayrılsa da, analıq onun həyatında yeni mərhələnin başlanğıcı olub.

Corc Kluni

Hollivud aktyoru Corc Kluni 56 yaşında ata olub. Onun həyat yoldaşı Amal Kluni 2017-ci ildə Ella və Aleksandr adlı əkizləri dünyaya gətirib.

Aktyor 2025-ci ildə verdiyi müsahibədə övladlarının həyatına ən uyğun zamanda gəldiyini bildirib.

Kluninin sözlərinə görə, həmin dövrdə artıq karyerasını qurduğu üçün iş layihələrini daha diqqətlə seçə və ailəsinə daha çox vaxt ayıra bilirdi.

Kameron Dias

Aktrisa Kameron Dias və musiqiçi Benci Madden üç uşaq böyüdürlər. Onların qızı Raddiks 2019-cu ildə, Diasın 47 yaşı olarkən dünyaya gəlib. Cütlüyün Kardinal adlı oğlu 2024-cü ildə, aktrisanın 51 yaşında olduğu dövrdə doğulub.

2026-cı ilin mayında isə cütlük üçüncü övladlarının dünyaya gəldiyini elan edib. Həmin vaxt Diasın 53 yaşı olub. Məlumata görə, uşaqların üçü də surroqat ana vasitəsilə dünyaya gəlib.

Dayan Kiton

2025-ci ilin oktyabrında 79 yaşında vəfat edən məşhur aktrisa Dayan Kiton övladlığa götürmə yolu ilə ana olub. O, 50 yaşında Dekster adlı qızı, 55 yaşında isə Dyuk adlı oğlu övladlığa götürüb.

Aktrisa analıq qərarının təsadüfi olmadığını, bu barədə uzun müddət düşündüyünü etiraf edib. O, heç vaxt ailə həyatı qurmasa da, iki övladını təkbaşına böyüdüb.

Kristin Devis

Kristin Devis 46 yaşında Cemma Rouz adlı qızı övladlığa götürüb. Aktrisa 53 yaşında isə Uilson adlı oğlan uşağını övladlığa götürərək ailəsini genişləndirib.

Devis analıq yolunu daha gec seçdiyinə görə peşman olmadığını, əvvəllər buna emosional baxımdan hazır olmadığını bildirib.

Con Stamos

“Full House” serialının aktyoru Con Stamos ilk dəfə 54 yaşında ata olub. Onun həyat yoldaşı Keytlin MakHyu 2018-ci ildə Billi adlı oğlan uşağı dünyaya gətirib.

Aktyor müsahibələrində zarafatla bildirib ki, bəlkə də ailə qurmaq üçün sadəcə doğru qadını gözləyirmiş.

Bricit Nilsen

Danimarkalı aktrisa Bricit Nilsen 2018-ci ildə, 54 yaşında Frida adlı qızını dünyaya gətirib. Bu, aktrisanın beşinci övladıdır. Onun əvvəlki münasibətlərindən dörd oğlu var.

Hilari Suonk

İkiqat “Oskar” mükafatçısı Hilari Suonk 2023-cü ildə, 48 yaşında əkiz övladlarını dünyaya gətirib. Aktrisanın Aya və Om adlı bir qızı və bir oğlu var.

2026-cı ilin oktyabrında isə 52 yaşlı aktrisa üçüncü övladına hamilə olduğunu açıqlayıb. O, həyat yoldaşı Filip Şnayderlə birlikdə yeni körpələrini gözlədiklərini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью