Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Aktyor, Əməkdar artist Abbas Qəhrəmanovun “525”ə müsahibəsindən:
* Məndə ətrafa qarşı aqressiya yoxdur. Ancaq narazılıq var. Ətrafım məni narahat edir. Həm də çox. Yaradıcılıqda çox sayğısızlıq, hörmətsizlik görürəm.
* Mən də gənc olanda öncəki nəsildən təzyiq hiss edirdim, zərbələr də almışam, amma arada müəyyən sərhəd vardı. Əlbəttə, az sayda olsa da, yaxşı gənclər də var, ancaq əksəriyyəti “mənəm-mənəm” deyir, adamla yarışır. Öyrənmək lazımdır, yarışmaq yox.
* Hətta bir ara bizneslə də məşğul oldum. Gah alınırdı, gah alınmırdı. Aktyora daha çox atırdılar, aldadırdılar.
* Bu rol böyük hay-küyə səbəb oldu, beynəlxalq festivalda birinci yer tutdum. O gündən kitabım bağlandı. Dedilər ki, sən hardan pırtlayıb çıxmısan?
* De görüm, indi bu qədər şeydən sonra necə aqressiya əmələ gəlməsin? 50 yaşında Əməkdar artist adı almışam, 50 yaşında...
* Abbas Qəhrəmanov bu gün filmdə oynayır, sabah lazım olmur. “Əqrəb mövsümü”nün ikinci mövsümündə yox idim. Həmçinin bu, “Oğlan evi”nə də aiddir. Mən sizdən soruşuram, niyə?
* Çox heyifsilənirəm ki, Əlixan davamlı olaraq film çəkmir. Fikrini verib ora-bura. Onunla işləmək mənə çox maraqlıdır. Sosial mediaya kinodan daha çox meyillənir.
* Məktəbdə oxuduğum dövrdə qızlardan məktub məktub dalınca gəlirdi. Hiss etdim ki, xarici görkəmimdə nəsə var. Onda hələ aktyor olmaq fikrində deyildim. Sonralar məktəbdə tamaşalar oynayanda gördüm ki, qızlar məhz mənə baxmaq üçün gəlirlər.
ƏMƏKDAR ARTİST ABBAS QƏHRƏMANOVUN MÜSAHİBƏNİN TAM VARİANTINI “525-Cİ QƏZET”İN SABAHKI SAYINDA OXUYA BİLƏRSİNİZ!