50 yaşlı kişini arı sancdı Şoka düşdü

15.06.2026

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Ağdamda 50 yaşlı kişi arı sancması nəticəsində şok keçirib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Əhmədağalı kəndində qeydə alınıb.

Kənd sakini, 1976-cı il təvəllüdlü Yasin Yadulla oğlu Əhmədov saxladığı arılara qulluq edərkən onu arı sancıb. Nəticədə Y. Əhmədovun vəziyyəti qəfil pisləşib və o, şok keçirib.

Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən xəstə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью