50 yaşlı kişini maşın vurdu Öldü

16.03.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda avtomobil 50 yaşlı kişini vuraraq öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, 2001-ci il təvəllüdlü Səmədli Əbil Cavid oğlu idarə etdiyi "Az Samand" markalı avtomobil ilə hərəkətdə olarkən yoldan keçən piyada, 1976-cı il təvəllüdlü Məlikov Hikmət Orucəli oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью