500 abonentin qazı KƏSİLƏCƏK

22.10.2025

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sumqayıt şəhərinin bəzi hissələrində qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Redaktor.az-a "Azəriqaz" İB Sumqayıt QİS-dən bildirilib.

Qeyd olunub ki, mövcud qaz sayğaclarının yeni xəttin üzərinə köçürülməsi ilə əlaqədar oktyabrın 22-də saat 12:00-dan etibarən, Corat qəsəbəsində (məktəbin yanı-dörd yol adlanan ərazi) 500 abonentin qaz təchizatı dayandırılacaq.

Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью