Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-nin Florida ştatındakı avtomobil hərracları dünyada məşhurdur. Son illərdə azərbaycanlılar da buradan çox sayda işlənmiş avtomobil alıblar.
Avtosfer.az xəbər verir ki, həftənin əvvəlində hərracda maraqlı bir satış reallaşıb. Sovet istehsalı olan “Zaporojets” markalı avtomobil çox ciddi maraqla qarşılanıb və kifayət qədər baha qiymətə satılıb. Start qiyməti 500 dollar olan avtomobilə 9200 dollar ödənilib. Həftə sonunda daha köhnə model “Zaporojets” satışa təqdim ediləcək.
Müqyisə üçün deyək ki, Floridadakı hərracdan 10 min dollara çox yaxşı vəziyyətdə “Toyota”, “Honda” və ya “Hyundai” əldə etmək mümkündür.
2025-ci ilə olan statistikaya görə, ABŞ-də qırxa yaxın “Zaporojets” var. Bu maşınları 90-cı illərdə ölkəyə köçən keçmiş SSRİ vətəndaşları gətirib.
Vüqar