500 ə yaxın Rusiya vətəndaşı Azərbaycan sərhədi ilə İrandan çıxıb

01.03.2026

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan indiyə qədər biznes nümayəndələri də daxil olmaqla 500-ə yaxın rusiyalıya İranla sərhədi keçmək üçün icazə verib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Mənbənin agentliyə bildirdiyinə görə, icazələr Rusiya tərəfinin sorğuları əsasında verilir.

“Sərhədi keçmək üçün təxminən 500-ə yaxın icazə verilib. İranda fəaliyyət göstərən Rusiya təşkilatlarının və şirkətlərinin nümayəndələri artıq sərhədi keçiblər”, – deyə mənbə bildirib.

Mənbə bildirib ki, “Azərbaycan Rusiya vətəndaşlarının İrandan təxliyəsi məsələsində Rusiya Federasiyasına maksimum dəstək göstərir”.

Qeyd edək ki, Rusiyanın Tehrandakı səfirliyi “Telegram” kanalında rusiyalıların İrandan təxliyə olunmaq üçün iki keçid məntəqəsindən – Azərbaycan və Ermənistan sərhədindən keçə biləcəklərini açıqlayıb.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью