500 il sonra yenidən püskürməyə başladı FOTO

03.08.2025

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Rusiyanın Kamçatka diyarında Kraşeninnikov vulkanının püskürməsi başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Kamçatka Vulkan Püskürməsi üzrə Reaksiya Qrupu (KVERT) məlumat yayıb.

Vulkanın avqustun 2-də axşam saatlarında püskürməyə başladığı bildirilir. Püskürmə zamanı kül tullantıları dəniz səviyyəsindən 6 kilometr hündürlüyə çatıb.

Məlumata görə, müşahidələr tarixi ərazində Kraşeninnikov vulkanının püskürməsi ilk dəfə qeydə alınıb.

Kraşeninnikov vulkanına narıncı aviasiya təhlükə kodu verilib. Yaşayış məntəqələrində kül tullantılarının düşməsi qeydə alınmayıb.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью