Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, ölkədə lotereya və idman mərc oyunları sahəsində yeni vergi rejiminin tətbiqi nəzərdə tutulur.
"Yeni Sabah" xəbər verir ki, qanun layihəsinə görə, lotereya və idman mərc oyunlarının operatorlarına vergi öhdəliklərini yerinə yetirərkən mövcud dövriyyədən 6 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi rejimi saxlanılmaqla yanaşı, alternativ olaraq ümumi oyun gəliri (GGR) modeli üzrə vergi rejimini seçmək hüququnun verilməsi təklif olunur.
Sənəddə qeyd edilir ki, qüvvədə olan Vergi Məcəlləsinin 102.1.26-cı maddəsinə əsasən lotereya və idman mərc oyunları üzrə uduşların yalnız 500 manatadək hissəsi gəlir vergisindən azad edildiyindən və bu həddən artıq məbləğdən vergi tutulduğundan, yüksək məbləğdə uduş qazanan oyunçuların bir qisminin vergi öhdəliyindən yayınmaq məqsədilə qeyri-rəsmi mərc platformalarına üz tutması riski yaranır. Məişət texnikası
Qanuni fəaliyyət göstərən yerli operatorların rəqabət qabiliyyətinin qorunması, oyunçuların lisenziyalı bazarda saxlanılması və "qara bazar"ın payının minimuma endirilməsi məqsədilə 500 manatdan yuxarı uduş məbləğlərindən tutulan 10 faizlik gəlir vergisinin ləğv edilməsi (stimullaşdırıcı lotereyalardan əldə edilən uduşlar istisna olmaqla) və ya bu istiqamətdə vergi yükünün optimallaşdırılması planlaşdırılır.
Müzakirələrin yekununda səsverməyə çıxarılan qanun layihəsi deputatlar tərəfindən birinci oxunuşda qəbul edilib.