500 milyonluq yeni DƏSTƏK

13.02.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

İngiltərə Müdafiə Nazirliyi Ukraynaya 1000 ədəd yüngül çoxməqsədli raket tədarük ediləcəyini və təcili hava hücumundan müdafiə ehtiyacları üçün 500 milyon funt-sterlinq (təxminən 680 milyon dollar) əlavə vəsait ayrılacağını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, müdafiə naziri Con Hili sosial media hesabında etdiyi paylaşımda yazıb: "İngiltərə Ukraynaya olan dəstəyinə sarsılmaz şəkildə sadiqdir".

Hili yardım paketinin xüsusilə hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə yönəldiyini bildirib.

Ukraynanın müdafiə naziri Mixail Fedorov İngiltərəyə təşəkkür edərək "Bu yardım Ukrayna evlərini, enerji obyektlərini və kritik infrastrukturu qorumağa kömək edəcək",- deyib.

Hili bir gün əvvəl verdiyi açıqlamada İngiltərənin Ukraynanın prioritet ehtiyacları əsasında hazırlanan PURL (Prioritized Ukraine Requirements List) proqramına qoşulduğunu elan edib. Bu proqram çərçivəsində İngiltərə, ABŞ istehsalı olan silahların Ukraynaya çatdırılması üçün 150 milyon funt-sterlinq vəsait ayıracaq.

"Politico" nəşrinin xəbərinə görə, İngiltərə bu proqrama qoşulan sonuncu müttəfiq olub.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью