Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
Niklas Füllkruqun başına iş gəlib. “Milan”ın hücumçusunun bahalı saatları oğurlanıb.
"Football-plus.az" xəbər verir ki, hadisənin futbolçu komandanın məşqində olan zaman baş verdiyi bildirilib. Otelə qayıdan Füllkruq seyfinin sındırıldığını aşkar edib. Naməlum şəxslər alman futbolçuya məxsus 4 ədəd qol saatını oğurlayıb. Saatların ümumi dəyəri 500 min avroya bərabərdi.
Xatırladaq ki, Niklas “Milan”a yanvarın 2-də “Vest Hem”dən icarə əsasında keçib. İtaliya klubu yayda onun transfer hüququna sahib olmaq imkanına malikdi.