500 qol vuran 50 ci oyunçu! | Icma.az
Icma.az bildirir, Footbal-plus portalına istinadən. “Detryot”un hücumçusu Patrik Keyn “Vankuver”lə oyunda dublla yadda qaldı.
"Football-plus.az" xəbər verir ki, 37 yaşlı amerikalı müntəzəm çempionatda qol sayını 500-ə çatdırdı.
O, MHL tarixinə ən azı 500 qol vuran 50-ci hokkeyçi kimi düşdü.
Əvvəllər “Reyncers” və “Çikaqo”nun da şərəfini qoruyan Keyn ikinci komandanın heyətində Stenli kubokunu üç dəfə qazanıb.
Forvard 2025/26 mövsümündə keçirdiyi 30 oyunda 26 (8+18) xal toplayıb.“Vaşinqton”un rusiyalı hücumçusu Aleksandr Oveçkin isə MHL-də qapısına yol tapdığı qapıçılarla bağlı rekordu yeniləyib.
O, paytaxt klubunun “Çikaqo”ya 1:5 uduzduğu oyunda Dryu Kommessonun da qapısını yol tapdı.
23 yaşlı Kommesso onun məyus etdiyi 187-ci qapıçı oldu. Oveçkinin qapısına ən çox qol vurduğu qapıçı Mark-Andre Fleridi (28).
40 yaşlı rusiyalı cari mövsümdə keçirdiyi 46 oyunda 40 (20+20) xal toplayıb.
Tam oxu
Xəbəri oxu