500dən çox ABŞ hərbçisi intihar edib

15.11.2024

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


2023-cü ildə ABŞ hərbi qulluqçuları arasında 523 intihar hadisəsi qeydə alınıb.

Ölkə.Az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) məlumatında deyilir. 

Bildirilir ki, bu da əvvəlki illə müqayisədə 6% çoxdur. 

Pentaqonun məlumatına görə, 2023-cü ildə ABŞ hərbçiləri arasında intiharların sayı əvvəlki illə müqayisədə 30 nəfər çox olub. İntihar halları fəal kadrlar arasında 12 faiz, ehtiyatda olanlar arasında isə 8 faiz artıb. Eyni zamanda, Milli Qvardiyanın əməkdaşları arasında müvafiq göstərici 5% azalıb.

2023-cü ildəki rəqəmlərin əvvəlki illə müqayisədə daha yüksək olmasına baxmayaraq, Pentaqon vurğulayıb ki, ümumi statistika sabit olaraq qalan uzunmüddətli tendensiyaya uyğundur. 

Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью