508 metrlik göydələnə ipsiz dırmandı

26.01.2026

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-li alpinist Aleks Honnold Tayvandakı Taipei 101 göydələninə solo dırmanış edib. Netflix-də canlı yayımlanan 508 metrlik dırmanışı Honnold 1 saat 32 dəqiqəyə tamamlayıb.

Sherg.az xəbər verir ki, 2004-cü ildə açıldıqdan sonra 2009-cu ildə Burj Xəlifə istifadəyə verilənədək dünyanın ən hündür binası olan Taipei 101-ə dırmanan Honnold heç bir təhlükəsizlik ipi və ya avadanlıqdan istifadə etməyib. “Hörümçək adam” ləqəbi ilə tanınan Honnold 12 ildir bu binəyə dırmanmağı xəyal etdiyini bildirib və dırmanışı qaya alpinistliyinə bənzədib.

“Orağın dəyişkənliyi, yağış və külək səbəbindən özümüzü sanki dağlarda kəşfiyyat dırmanışı edirmiş kimi hiss edirik”, - deyə o vurğulayıb.

Ofis əməkdaşları pəncərələrdən dəstək verdi

Aleks Honnold 508 metrlik göydələnə üç mərhələdə dırmanıb. Birinci mərhələdə binanın maili polad və şüşədən ibarət ilk 113 metrlik hissəsini qalxan Honnold ofis əməkdaşlarının marağı ilə izlənilib. Pəncərələrdə toplaşıb şəkillər çəkən əməkdaşların baxışları altında o, ikinci mərhələyə keçib. 274 metr şaquli dırmanışdan ibarət bu mərhələdə alpinistin ürək döyüntüsünün dəqiqədə təxminən 165-ə çatdığı bildirilib.

“Bura çox küləklidir”

Son mərhələdə küləklə mübarizəsi daha da çətinləşən Honnold 508 metrlik qüllənin zirvəsinə ipsiz və təhlükəsizliksiz qalxaraq dırmanışı uğurla başa vurub. Canlı yayım zamanı zirvəyə çatdıqdan sonra o,

“Bura çox küləklidir, məni eşidib-eşitmədiyinizi bilmirəm, amma sizi görə bilirəm, çox həyəcanlıyam”, - deyib.

Honnold Taipei 101-in zirvəsində selfi çəkdikdən sonra enişə başlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью