508 nömrəli avtobus Sumqayıra də gedəcək? RƏSMİ

04.04.2025

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən il dekabrın 29-dan Saray qəsəbəsini “20 Yanvar” metrostansiyası ilə əlaqələndirən 508 nömrəli marşrut xətti fəaliyyətə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Saray körpüsünün istifadəyə verilməsindən sonra sosial şəbəkələrdə həmin marşrutun Sumqayıta da yönləndiriləcəyi iddia edilir. 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyat Agentliyinin mətbuat katibi Tural Orucov Bakıvaxtı.az-a bildirib ki, qeyd edilən iddia əsassızdır.

AYNA sözçüsü xatırladıb ki, 508 nömrəli marşrut vətəndaşların çoxsaylı müraciəti və istəyi nəzərə alınaraq paytaxtın “20 Yanvar” metrostansiyasından Saray qəsəbəsinə hərəkətini təmin etmək üçün yaradılıb.

"Gələcəkdə dəyişiklik olacağı təqdirdə, ictimaiyyətə məlumat veriləcək",- deyə Tural Orucov qeyd edib.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью