508 və 521 nömrəli marşrutların hərəkəti dəyişdirilir

16.05.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Mayın 17-dən “Pirşağı-Xırdalan-Novxanı-M4” avtomobil yolu layihəsi ilə əlaqədar, İlqar Abdullayev küçəsində (Masazır-Novxanı avtomobil yolu ilə birləşməsindən Saray Polis Bölməsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Yeniavaz.com
xəbər verir ki, məhdudiyyət səbəbindən 508 və 521 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Saray qəsəbəsinin Elnur Allahverdizadə küçəsi ilə təşkil ediləcək.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью