“50dən çox ölkə ilə birlikdə hərəkət edirik”

29.11.2024

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynaya endirdiyi hava hücumunu pisləyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Bayden bununla da ölkəsinin Ukraynaya dəstək olduğunu bir daha bəyan edib.

O bildirib ki, ABŞ Ukraynaya və onun azadlıq mübarizəsinə dəstək vermək üçün 50-dən çox ölkə ilə birlikdə hərəkət edir.

Bayden hava hücumu nəticəsində bir çox Ukrayna vətəndaşlarının işıqsız qaldığını, ABŞ hökumətinin Ukraynaya qışa hazırlıq zamanı enerji şəbəkəsinin dayanıqlığını artırmaqda kömək etmək üçün fəaliyyətini davam etdirdiyini deyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью