“51 halda ciddi qanun pozuntusu müəyyən edilib” Nazir müavini | Icma.az
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“2024-cü ildə yerli özünüidarəetmənin təşkili və bələdiyyələrin formalaşmasının 25 ili tamam olub”.
“Qafqazinfo” xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” haqqında danışarkən bildirib.
“Bələdiyyə fəaliyyətinə inzibati nəzarət çərçivəsində 102,831 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, onlardan 97%-i qanunvericiliyə uyğun hesab edilib.
2.5%-i isə dəyişdirilməsi və ya ləğv edilməsi üçün bələdiyyələrə təklif olunub.
Yəni nəticədə 99 838 aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib.
Normativ hüquqi aktların tələblərinə zidd olan 2 594 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün bələdiyyələrə təkliflər verilib, 399 akt isə baxılmaqdadır”, - deyə nazir müavini bildirib.
*** Nazir müavini əlavə edib ki, qanunvericiliyin tələblərinə uyğun olmayan 74 bələdiyyə aktı tam ləğv edilib: “Bələdiyyələrin maliyyə idarəçiliyində şəffaflığı artırmaq üçün qanunvericiliyə dəyişikliklər edilib, vahid bələdiyyə xərcləri portalının yaradılması təmin olunub.
Tam oxu
Xəbəri oxu