51 minlik kombi oğurlandı: saxlanılanlar var

24.09.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtın Nizami rayonunda şirkətlərə məxsus anbarların birindən kombi aparatları oğurlanıb.

DİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 4 nəfər- R. Tərlanlı, K. Əsgərov, A. Abışov və N. Əhmədov saxlanılıblar. Araşdırmalarla məlum olub ki, onlar dəyəri 51000 manat olan 48 ədəd kombi aparatını talayıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью