51 nəfər toyuq dönərindən xəstəxanalıq oldu

02.04.2025

Icma.az, Medicina portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Türkiyədə Kocaelidə toyuq dönəri yeyən 51 nəfər xəstəxanaya yerləşdirilib

Medicina.az xəbər verir ki, restoranda toyuq dönəri yeyən 51 nəfər ürəkbulanma, qızdırma və qusma şikayəti ilə xəstəxanaya müraciət edib.

Yedikləri yeməkdən zəhərləndiyi təxmin edilən 50 nəfər müalicədən sonra evə buraxılıb, 1 nəfərin müalicəsi davam edir.

Kocaeli Kənd Təsərrüfatı və Meşə İl Müdirliyi qrupları satılan dönərdən nümunə götürərək analizə göndərib.

Hadisə ilə bağlı istintaq davam edir.



Aygün

Medicina.az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью