51 yaşlı aktyor anasının yanında dəfn olundu

09.09.2026

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

51 yaşında evində ölü tapılan məşhur aktyor Serhat Kılıç cənazə namazından sonra Karşıyaka Qəbiristanlığında dəfn olunub.

BAKU.WS xəbər verir ki, o öz istəyinə uyğun olaraq anası Emel Kılıçın yanında dəfn olunub.

Aktyor 8 il əvvəl itirdiyi anasını "ən böyük sevgim" adlandırırdı.

Serhat paylaşımlarından birində "Emel Kılıç! Kaş ki, sənsizliyi də öyrədəydin.. Bir az da yanımda qalsaydın" deyə qeyd etmişdi.

Xatırladaq ki, Serhat Kılıç iki gün əvvəl yaşadığı evində ölü tapılıb. Onun vəfatı "şübhəli ölüm" kimi qeyd edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью