51 yaşlı Əməkdar artist Azərbaycanı gözəllik yarışmasında təmsil edəcək

09.11.2024

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əməkdar artist Naina İbrahimova Azərbaycanı Misirdə keçiriləcək "Beauty queen of the universe" beynəlxalq gözəllik yarışında təmsil edəcək.

Kulis.az xəbər verir ki, 51 yaşlı aktrisa bu haqda özü məlumat yayıb. O bildirib ki, Qahirədə keçiriləcək yarışmada 150 ölkədən olan xanım çıxış edəcək.

N.İbrahimova ABŞ, İspaniya, Estoniya, Özbəkistan, Meksika, Mərakeş, Fransa, Almaniya, Livan və digər ölkələrdən olan qadınlarla birincilik uğrunda mübarizə aparacaq.

İlan - Rəhim Əliyevin hekayəsi Mehriban Ələkbərzadəyə işləməyə imkan verək... Məşhur müğənni vəfat etdi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью