51 yaşlı Əməkdar artist Azərbaycanı gözəllik yarışmasında təmsil edəcək

09.11.2024

Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əməkdar artist Naina İbrahimova Azərbaycanı Misirdə keçiriləcək "Beauty queen of the universe" beynəlxalq gözəllik yarışında təmsil edəcək.

Publika.az axşam.az-a istinadla xəbər verir ki, 51 yaşlı aktrisa bu haqda özü məlumat yayıb.

O bildirib ki, Qahirədə keçiriləcək yarışmada 150 ölkədən olan xanım çıxış edəcək.

N.İbrahimova ABŞ, İspaniya, Estoniya, Özbəkistan, Meksika, Mərakeş, Fransa, Almaniya, Livan və digər ölkələrdən olan qadınlarla birincilik uğrunda mübarizə aparacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью