51 yaşlı kişi gənc sevgilisini öldürdü

27.11.2025

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyədə kişi sevgilisini güllələyərək, öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə paytaxt Ankaranın Çankaya qəsəbəsində baş verib.

Qazi Mustafa Kamal bulvarındakı binalardan birində 51 yaşlı F.Y. ilə 33 yaşlı sevgilisi Nurselen G. Arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı kişi tapança ilə qadına başından atəş açıb. Nəticədə qadın hadisə yerində ölüb.

Cinayətkar polislər tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью