51 yaşlı qadının meyiti hamamda tapıldı

07.01.2025

Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.

Xaçmaz sakini bədbəxt hadisə nəticəsində həyatını itirib.

Publika.az xəbər verir ki, hadisə Xaçmaz şəhəri Dağıstan küçəsi, 20 ünvanda yerləşən binada baş verib. Həmin binadakı mənzildə yaşayan 51 yaşlı R.Tağıyevanın meyiti yaşadığı evin hamamında aşkar edilib.

Qadının hansı səbəbdən öldüyü məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Taleh

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью