513 əlaçı 0 200 bal toplayıb

19.06.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Ötən il əlaçı kimi məzun olan 513 şagird qəbul imtahanlarında 0-200 aralığında bal toplayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materiallarında yer alıb.

Məlumata görə, onlardan 481-i 100-200, 32 nəfəri isə 0-100 bal aralığı nəticə qazanıb.

Eyni zamanda qeyd edilib ki, orta attestat balı "3" olan 1 nəfər isə 500-700 bal aralığında nəticə qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью